Bu məhsullar qadınlarda xərçəng yaradır

19 Dekabr 2024 08:59

Xüsusilə qadınlar üçün saç boyaları və saç düzləşdiricilər kimi məhsullarla süd vəzisinin xərçəngi arasında potensial əlaqə araşdırılıb.

Milli.Az xəbər verir ki, aparılan araşdırma zamanı bu məhsullarda hormonları pozan kimyəvi maddələr və kanserogenlər olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə risk nisbətən kiçik olsa da, təbii məhsulların seçilməsi, istifadənin minimuma endirilməsi və sağlam həyat tərzinin mənimsənilməsi potensial riskləri azaltmağa kömək edə bilər.

Həkimlər saç boyası və saç düzləşdirici maddələrlə ilə süd vəzisi xərçəngi arasındakı potensial əlaqəni araşdırıblar və bu araşdırma müzakirələrə səbəb oldu.

Belə ki, bir çox insan bu məhsulları potensial sağlamlıq təsirlərini nəzərə almadan istifadə edir.

Onkoloq həkim Sajjan Rajpurohitin sözlərinə görə, saç boyaları və kimyəvi düzəldicilər çox vaxt formaldehid, parabenlər və digər kimyəvi maddələrdən ibarət olur.

Bunlardan bəzilərinin hormonları pozduğu bilinir və ya kanserogen (xərçəng törədən) kimi təsnif edilir.

"Bu, əhəmiyyətli narahatlıq doğurur, çünki hormonlar, xüsusilə estrogen, süd vəzinin xərçənginin inkişafında mühüm rol oynayır.", - deyə o bildirib.

Milli Sağlamlıq İnstitutunun 2019-cu ildə apardığı bir araşdırma nəticəsində bu məhsullardan istifadə edən qadınlarda süd vəzisi xərçənginə yoluxma hallarının bir qədər yüksək olduğu müəyyən edilib. /lent.az

Milli.Az