"Prius"lar yenidən bahalaşdı

18 Dekabr 2024 19:10

Azərbaycanda taksilərlə bağlı verilən qərardan sonra qiyməti iki, üç dəfə düşən "Prius"lar yenidən bahalaşmağa başlayıb.

Milli.Az xəbər verir ki, aylar əvvəl "bir Prius alana, ikincisi hədiyyə" kimi təqdim olunan, qiyməti 5 min manata qədər düşən "Prius"lar yenidən şişirdilmiş qiymətə satışa çıxarılıb.

İllərlə taksidə bütün resursları istismar edilən bu maşınlar elan saytlarında həddindən artıq baha qiymətə satmağa çalışırlar.

Qeyd edək ki, hazırda paytaxtda "Prius"ları "BYD"lər əvəzləyir. Onların 2024-cü ilinin qiyməti 22 min manata təklif edilməsi avtomobil bazarını alt-üst edib.

İslam
Milli.Az