ABŞ-də 10 yaşlı yeniyetmə milyonçu olub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yeniyetmənin həyatını tamamilə dəyişdirən dönüş nöqtəsi onun ev tapşırığı olub.
Leqolarla oynayarkən qarşılaşdığı problemin həllini "yapışqan" icad edərək tapan uşaq bunun sayəsində milyonçu olub.
Phillips tərəfindən icad edilən yapışdırıcı leqolara zərər vermədən onların möhkəm yapışmasına imkan verir və ilıq su ilə asanlıqla əvvəlkinə halına qayıdır.
2015-ci ildə Beynəlxalq Torrance Yaradıcılıq Mükafatlarında birinci yeri qazanan Phillips 40.000 dollar kapitalla öz ixtirasını həyata keçirib.
Phillips 2017-ci ildə Shark Tank sahibkarlıq şousunda investorların dəstəyini qazanıb. İlkin olaraq 7 min ədəd satılan məhsul bu illər ərzində böyük uğur qazanıb. 2022-ci ildə qazancı 1 milyon dollara çatan 10 yaşlı oğlan 2024-cü ilə qədər gəlirini 2 milyon dollara çatdırıb.
Fidan
Milil.Az