Ərdoğan Makronla telefonla danışdı - Nəyi müzakirə etdilər?

18 Dekabr 2024 18:35

Türkiyə və Fransa Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər söhbət zamanı iki ölkə arasında münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Telefon danışığı zamanı Ərdoğan Suriyanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasının önəmli olduğunu diqqətə çatdırıb, Fransanın Suriyadakı Səfirliyini yenidən açmaq barədə qərarından məmnunluq duyduğunu bildirib.

Nərmin
Milil.Az