Bu şəxslərə saunadan istifadə etmək olmaz - Xəbərdarlıq

18 Dekabr 2024 22:07

Həkimlər ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara saunadan istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edirlər.

Milli.Az xəbər verir ki, saunanın yüksək temperaturu ürək ritmini sürətləndirə və qan təzyiqini dəyişdirə bilər. Bu, xüsusilə yüksək təzyiq, ürək çatışmazlığı və ya digər ürək problemləri olan şəxslər üçün təhlükəli ola bilər.

Mütəxəssislər ürək xəstələrinə saunadan yalnız həkim məsləhəti ilə və məhdud müddət ərzində istifadə etməyi tövsiyə edir.

Əks halda, bu vərdiş ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Milli.Az