"Zapravka"da doğub, qaçdı - Körpə ayaqyoludan tapıldı - FOTOlar

18 Dekabr 2024 18:36

Meksikalı mühacir Diana Zavala Lopez adlı qadın ölü doğulmuş körpəsini yanacaqdoldurma məntəqəsində tualetə atıb, qaçıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin aprel ayında baş verən hadisədə nəticəsində körpə müştəri tərəfindən tapılıb. Polis Zavala Lopezin körpəsini doğduqdan sonra saxtalaşdırma edərək dəlilləri gizlətməyə çalışdığını müəyyən edib. Araşdırmalar nəticəsində müşahidə kameralarına baxılıb.

Qadının səhər saatlarında tualetə daxil olduğu və təxminən 15 dəqiqə orada qaldığı məlum olub. Zavala Lopez daha sonra ağ "Cadillac"la hadisə yerindən ayrılıb. O, 2023-cü ilin avqustunda Texasın Brownsville şəhərində tutulub. Öncə qətl şübhəlisi kimi tanınan qadın, sonradan sübutların saxtalaşdırılmasında günahkar sayılıb. Harris dairəsinin hakimi, onun əvvəllər çəkdiyi 489 günlük həbs cəzasını nəzərə alaraq, Zavala Lopezi dörd il müddətinə dövlət islah müəssisəsində cəzaçəkməyə məhkum edib.

Fidan
Milli.Az