Suriyanın qapıları dünyaya açılır - Uzun müddət sonra... - FOTOlar

18 Dekabr 2024 18:00

Suriya müxalifətinin Dəməşqə doğru irəliləməsi səbəbindən bağlanan Dəməşq Beynəlxalq Hava Limanı bu gün fəaliyyətə başlayacaq.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər hava limanının mərhələli şəkildə fəaliyyətə başlayacağını və ilk uçuşun paytaxt Dəməşqdən ölkənin ikinci böyük şəhəri Hələbə həyata keçiriləcəyini bildirib.

Səlahiyyətlilərin verdiyi məlumata görə, hava limanı tezliklə beynəlxalq reyslərə açılacaq. Bu inkişaf Suriyanın dünyaya yenidən bağlanması və təcriddən çıxması üçün böyük əhəmiyyət kəsb edir.

Nərmin
Milli.Az