Əvəz Zeynallının cəzası azaldıldı - FOTO

18 Dekabr 2024 13:20

Jurnalistlər - Əvəz Zeynallı və Elnur Şükürovun kassasiya şikayətinə baxılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda əvvəlki instansiyanın qərarı dəyişdirilib.

Yekun qərarla Əvəz Zeynallının 9 illik həbs cəzası 2 ay, Elnur Şükürovun 4 illik həbs cəzası 1 il azaldılıb.

Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi.

İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Elnur Şükürov da Əvəz Zeynallı ilə birgə mühakimə edilib. O da rüşvət almaqda və dələduzluqda təqsirləndirilir.

Milli.Az