Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18 Dekabr 2024 12:57

Tibb qeydiyyat üzrə sənədləşmə işlərinin elektronlaşması mütləqdir.

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, müasir rəqəmsallaşma ilə ayaqlaşmaq lazımdır:

"Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamand təqdimatı nəzərdə tutulur".

Milli.Az