Mask açıq şəkildə hədələdi: "Onları bitirəcəyəm" - FOTO

18 Dekabr 2024 13:59

İlon Mask və onun raket şirkəti SpaceX təhlükəsizlik protokollarına əməl etmədiklərinə görə nəzarət altına alınıb.

Milli.Az xəbər verir ki, The New York Times xəbər verir ki, İlon Mask və SpaceX təhlükəsizlik hesabatları qaydalarının pozulmasına görə federal araşdırma ilə üzləşib. Məsələ ilə bağlı ekspertlər bildiriblər ki, federal qurumlar şirkət və onun rəhbərlərinin dövlət sirlərini qorumaq üçün hazırlanmış açıqlama protokollarına əməl edib-etməməsi ilə bağlı ən azı üç araşdırma başlayıb.

İlon Maskın bu qərara reaksiyası kifayət qədər sərt olub:

"Dərin dövlət xainləri ənənəvi mediada pullu dostlarından istifadə edərək mənim arxamca gəldi. Mübarizəyə başlayan mən olmaq istəmirəm, amma onlar başlasalar , dərin dövləti bitirəcəyəm" - deyə Mask bildirib.

Fidan
Milli.Az.