Bakıda “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri keçirilir

18 Dekabr 2024 09:28

Bakıda TƏBİB-in təşkilatçılığı ilə "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbiri keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Yeniliklər zamanıdır" konsept mesajı ilə təşkil olunan tədbir iki paneldən ibarətdir.

Tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

Milli.Az