ABŞ-də iki nəfərin həyatını itirdiyi, 6 nəfərin isə yaralandığı məktəb hücumunu həyata keçirən 15 yaşlı Natalie Rupnovun Eskişehirdə bıçaqlı hücum edən Arda Küçükyetimdən ilham aldığı ortaya çıxıb.
Milli.Az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Viskonsin ştatında baş verən məktəb hücumunun şübhəlisi 15 yaşlı Natalie Rupnov hücumdan əvvəl sosial mediada 6 səhifəlik manifest yayıb.
Yayılan manifestoda, Eskişehirdəki bıçaqlı hücumla tanınan Arda Küçükyetimin "ilham mənbəyi" olaraq göstərildiyi ortaya çıxıb.
Qeyd edək ki, ötən aylarda Eskişehirdə çay bağçasında beş nəfəri bıçaqlayaraq böyük bir qorxu salan Arda Küçükyetim hücum anını sosial mediada paylaşıb. O, hadisədən sonra həbs edilib. Özünü nasist-sosialist olaraq tanıdan Arda da manifesto dərc edib.
TÜK ÜRPƏDƏN TƏFƏRRÜATLAR
Samantha təxəllüsünü istifadə edən Rupnov 6 səhifəlik manifestosunun əvvəlində həyat hekayəsini paylaşmışdı. Rupnov ailəsini "pislik" olaraq adlandırıb, ailəsinin onu sevmədiyini və onu "yanlış uşaq" olaraq gördüklərini iddia etmişdi.
Manifestosunun davamında, Rupnov cəmiyyətdən və insanlardan duyduğu nifrətin səbəblərini "Bu dünyada yanlış insan olaraq doğuldum. Ailəm tam olaraq pislik insanlardır. Bir dövr silah alıb özümü öldürməyi düşündüm, amma kainat üçün daha yaxşı planlarım var. İnsanlardan və cəmiyyətdən nifrət etməyə başladım, bu tamamilə mənim səhvim deyil" sözlərini yazıb.
"MƏNƏ KİMSƏ YAXŞI GÖZLƏ BAXMADI"
15 yaşlı qatil manifestosunda əlavə olaraq "Mənə heç kim yaxşı gözlə baxmadı. Tək qalmağı sevirəm" ifadələrini də qeyd edib.
Viskonsində nə baş verib?
Viskonsin ştatının paytaxtı Madison şəhərində yerləşən "Abundant Life" xristian məktəbinə dünən silahlı hücum təşkil edilib. İlk açıqlamalardan sonra polis rəsmiləri hücumda həyatını itirənlərin sayını 2 olduğunu bildirib. Açıqlamada, 15 yaşlı şübhələnin məktəbdə tələbə olduğu, hücumda bir müəllimi, bir tələbəni öldürdüyü, ən azı 6 nəfəri yaraladıqdan sonra isə hadisə yerində özünü öldürdüyü qeyd edilib.
Xəyal
Milli.Az