Rus qadınlarının gözəllik sirri - Hər gün bir qaşıq istifadə edirlər

18 Dekabr 2024 06:18

Dünyanın ən gözəl qadınları arasında sayılan rus qadınları sağlam dəri və formalarını əsasən genetik irsə borcludurlar, baxmayaraq ki, onların həyat tərzi də bu vəziyyətdə böyük rol oynayır.

Milli.Az xəbər verir ki, Rusiyanın soyuq iqlimi ilə əlaqədar olaraq kosmetika bazarında nəmləndirici məhsullara tələbat xüsusilə yüksəkdir. Soyuq hava şəraiti dəri baryerinə zərər verə bilər və dərinin quru və həssas olmasına səbəb ola bilər. Rus qadınları çini kimi dərilərini nəmləndirici vərdişlərinə və genetik şanslarına borcludurlar.

Dəriyə qulluqda təbii yağların gücündən rus qadınları da faydalanır. Xüsusilə arqan və qızılgül yağına üstünlük verən rus qadınları bu yağların tərkibindəki C vitamini sayəsində dəri ləkələrindən xilas olurlar. C vitamini də yaraların tez sağalmasına kömək edir.

Balanslaşdırılmış qidalanmaya önəm verən rus qadınları omeqa-3 yağ turşuları ilə zəngin bir pəhriz qəbul edirlər. Balanslaşdırılmış pəhriz dərinin elastikliyini artıran və qocalmanı gecikdirən antioksidanlar əldə etməyə kömək edir.

Müxtəlif meyvə və tərəvəzlərlə birlikdə qatıq və bal istehlak edən rus qadınları balın yaşlanma əleyhinə təsirindən faydalanır. Bal dərini yumşaldır və nəmləndirir, həmçinin iltihabı və sızanaqları azaldır. Təbii üz maskası kimi baldan istifadə dəri üçün faydalıdır.

Fidan
Milli.Az