Türkiyə nəhəngi "Qalatasaray" "Roma"nın argentinalı ulduzu Paulo Dibalanı transfer edir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti məlumat verib.
Metin Öztürk transfer barədə bunları deyib:
"Qış transfer dövründə gələnlər və gedənlər olacaq. Okan Buruk və skaut heyətinin tələbləri əsasında irəliləyəcəyik. Transferə mən baxmıram. Fəaliyyətin olduğunu bilirəm. Klubumuzun bir çox futbolçu ilə maraqlanması normaldır. "Qalatasaray" kimi böyük hədəfləri olan bir komandada hər futbolçu oynamaq istəyər".
O həmçinin qeyd edib ki, "Roma"ya rəsmi təklif göndərilib.
Futbolçunun meneceri Karlos Novel ötən gün "Trabzonspor"la keçirilən matçı da izləyib.
İtaliyalı jurnalist Canluka Di Marzio məlumatına görə "Qalatasaray" futbolçu üçün 10 milyon avro maaş təklif edib.
Tural
Milli.Az