Bitkoinin qiyməti yenidən tarixi rekord qırdı

17 Dekabr 2024 09:51

Bitkoinin qiyməti 107 min dollar həddini keçərək tarixi rekordunu yeniləyib.

Milli.Az xəbər verir ki, bu barədə "CoinMarketCap" ticarət platforması məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 20:40-dan sonra bitkoinin qiyməti 107 195,58 dollara yüksəlib. Sonrakı dəqiqələrdə yüksəliş tendensiyası cüzi korrektə olunub və kriptovalyutanın qiyməti saat 20:59-a 106,9 min dollar olub.

Beləliklə, bitkoin son 24 saat ərzində 3,78% artıb.

Milli.Az