28 kiloqram narkotik bitki tutuldu

28 May 2010 14:29
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalıana verilən məlumata görə, Hövsan qəsəbəsi Parnik küçəsində yaşayan Şakir Rəfiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzrəndən 6,07 qram marixuana tapılıb.

Suraxanı rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Ş.Rəfiyevin həyətindəki istixanadan yaş çəkisi 27 kiloqram 200 qram olan 216 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az