Elektrik avtomobillərii lə bağlı yenilik - artıq bu da mümkün olacaq

17 Dekabr 2024 08:00

Elektromobilləri də onlayn qaydada sığorta etmək mümkün olacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əvvələr elektromobil idarə edən sürücülər hansısa sığorta agentliyinə gedib, avtomobillərin icbari sığorta edirdilərsə, artıq buna ehtiyac olmayacaq.

Bu gündən elektromobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının onlayn qaydada rəsmiləşdirilməsi tətbiq olunmağa başlayıb. Bu barədə İcbari Sığorta Bürosundan bildirilib. Elektromobillərin onlayn qaydada icbari sığortalanması sürücülər üçün bir sıra üstünlüklər yaradacaq.

Sürücülər həmçinin, İcbari Sığorta Bürosunun rəsmi veb-səhifəsinə daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə və seçdikləri şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün onlayn sığorta müqaviləsini rəsmiləşdirə bilərlər. Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, bu, elektromobil sürücülərinin vaxt itkisinin qarşısını xeyli alacaq.

Qeyd edək ki, elektromobillərin icbari sığorta haqqı əsas qiyməti 50 manat olmaqla, nəqliyyat vasitəsinin tipinə görə 2 əmsal tətbiq edilərək ortalama olaraq 100 manat üzərindən başlayır.

Milli.Az