Ancelinanın bu FOTOsu başına bəla oldu, qızı ilə...

19 Dekabr 2024 04:04

Bir neçə gün əvvəl paparatsiyaların obyektivinə tuş gələn Dünya şöhrətlİ Hollivudun keçmiş aktyor cütlüyü Ancelina Coli və Bred Pittin uzun illə əvvəl övladlığa götürdükləri qızı, 19 yaşlı Zahara görünüşü və hərəkətləri ilə sosial şəbəkə əhlinin dilinə düşüb.

Milli.Az bildirir ki, izləyicilər cütlüyün qızlarının alkoqol asılılığından əziyyət çəkdiyini yazıblar 

Şəkilləri diqqətlə incələyən sosial şəbəkə istifadəçiləri Zaharanın sərxoş olduğunu iddia ediblər.

Şərhçilər Zaxaranın vəziyyətindən çaş-baş qalıb və bu rəyləri yazıblar:

"O, mütləq bir şeydədir", "Hər fotoda Zahara sərxoş görünür", "O, xoşbəxt görünmür".

Qeyd edək ki, Zahara Atlantadakı "Spelman" Kollecinin tələbəsidir. Oxumasına baxmayaraq, o, tez-tez səfərlərində anasını müşayiət edir.

Xatırladaq ki, Ancelina Colinin altı övladı var: övladlığa götürülmüş - 23 yaşlı Maddoks, 20 yaşlı Paks və 19 yaşlı Zahara, həmçinin bioloji yəni Bred Pitt ilə evlilikdə anadan olan - 18 yaşlı Şilo və 16 yaşlı əkizlər Noks və Vivyen. Cütlük 2016-cı ildə ayrıldı, lakin bu yaxınlarda boşanma rəsmi olaraq yekunlaşıb. Məhkəmə uşaqların qəyyumluğunu Coli də saxlayıb və Pitt ziyarət hüquqlarını alıb. Bununla belə, uşaqlar 60 yaşlı Bred Pittlə praktiki olaraq əlaqə saxlamırlar və bəziləri onun soyadını daşımaqdan imtina ediblər.

İnternet hesab edir ki, Coli intiqam almaq üçün qəsdən onları atalarına qarşı qoyur. Aktyorun keçmiş həyat yoldaşı ilə münaqişəsi səbəbindən valideynləri də nəvələri ilə ünsiyyətdən məhrumdur. 

Bəzi istifadəçilər qeyd edir ki, aktrisanın övladlığa götürdüyü övladları tez-tez diqqət mərkəzində olur, bioloji olanlar isə kənarda qalır. /olay.az

Milli.Az