Əsəd ölkədən necə qaçdığını danışdı

16 Dekabr 2024 22:13

Devrilmiş Əsəd, ölkədən qaçmasından sonra ilk dəfə açıqlama verərək toqquşmalar zamanı Rus bazasına sığındığını və Moskvanın göstərişi ilə oradan çıxarıldığını iddia edib.

Milli.Az xəbər verir ki, Suriya rejiminin rəsmi sosial media hesablarında qaçışı ilə bağlı yazılı açıqlama yayan Əsəd, "təhlükəsizlik səbəblərinə görə" açıqlama verməsinin vaxt aldığını qeyd edib. O, Suriya ərazisini tərk etməsinin planlı olmadığını və 8 dekabr səhərinədək Şamda vəzifəsinə davam etdiyini bildirib.

Əsəd qeyd edib ki, müxaliflərin Şama çatması ilə vəziyyətin idarə olunması üçün Rusiya ilə koordinasiyalı şəkildə Lazkiyəyə gedib və Hmeymim Hava Bazasına çatdıqdan sonra rejim qüvvələrinin hərbi mövqelərini itirdiyi aydın olub.

Rus hərbi bazasına sığındığını təsdiqləyən Əsəd, həmin bazanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını da iddia edib. O, 8 dekabr axşamı Moskvanın Hmeymim Hava Bazasındakı komandanlığa, onu dərhal Rusiyaya "təxliyə" etmək barədə təlimat verdiyini əlavə edib.

Ülkər Vəliyeva
Milli.Az