Elə şəkillərini gördüm ki, əlaqəni kəsdim - Hadisə məşhur müğənnini biabır etdi

16 Dekabr 2024 15:45

Türkiyəli müğənni Hadisə keçmiş sevgilisi Sinan Akçıldan ayrılma səbəbini ilk dəfə açıqlayıb.

Milli.Az xəbər verir ki, buna səbəb ifaçının eks-sevgilisinin öz çılpaq fotolarını və uyğunsuz görüntülərini çəkərək saxladığını görməsi olub:

"Aramızda dava oldu, evdən çıxdım. Hotelə getdim, arxamca gəldi. Bəzən elə məqam olur ki, ayrılmaq istəyirsən, amma bacarmırsan. Mənim də telefonumun enerjisi bitmişdi. Noutbukuna saldım ki, enerji yığsın. Həmin an bildiriş gəldi ki, "cihazlar əlaqləndirilsin?". Qəbul etdim. Gördüyüm mənzərələrdən dəhşətə gəldim. Güzgünün qarşısında çılpaq fotolarını çəkib. Həmçinin uyğunsuz videosu da var idi. Bununla da ayrılmaq qərarı aldım".

Sinan Hadisənin efirdə səsləndirdiyi iddialara münasibət bildirsə də, nə təsdiq, nə də inkar edib:

"Hadisənin bu cür cərəyan etdiyini xatırlamıram. Bir qadının sözü üstünə söz deyilməz. Keçmiş dəftərləri çoxdan bağlamışam". (axsam.az)

Milli.Az