"Ordu və donanmanın müasir silah və texnika nümunələri ilə yenidən təchiz edilməsi sürətlə davam edir. Rusiyanın strateji nüvə arsenalında müasir silah nümunələrinin payı 95 % təşkil edib".
Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının geniş iclasında deyib.
Putin həmçinin ABŞ və Qərb dövlətlərindən danışıb:
"Onlar öz qaydalarını dünyanın qalan hissəsinə tətbiq etməyə çalışırlar. ABŞ Ukraynanı silah və pulla təmin etməkdə davam edir. Onlar üçün heç bir qayda yoxdur, onlar Rusiyaya qarşı hibrid müharibələr aparırlar. ABŞ-ın hazırkı administrasiyası və kollektiv Qərb hökmranlığı saxlamaq cəhdlərindən əl çəkmir. Qərb Rusiyanı qırmızı xəttə doğru itələyir, Rusiya buna cavab verməyə bilməz".
Milli.Az