Bakıda 82 minlik dələduzluq

16 Dekabr 2024 13:12

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bakı sakinlərinin 82 min manata yaxın dələduzluq etdiyi məlum olub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı sakini olan 48 yaşlı V.Səfərov və 63 yaşlı İ.Musayev 3 nəfərin ümumilikdə 78 min 770 manatını, bir nəfərin isə 3 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az