Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının sədri Han Don Hun, parlamentin Prezident Yun Sok Yola impiçment elan etməsindən sonra istefa verib.
Milli.Az xəbər verir ki, "Yonhap" agentliyi Han Don Hunun istefası ilə bağlı xəbər yayıb.
Siyasətçi bildirib ki, partiyanın Ali Şurasının üzvlərinin istefası və fövqəladə hallar komitəsinə keçməsi səbəbindən artıq partiya sədri olaraq vəzifəsini davam etdirmək mümkün deyil.
Han Don Hun həmçinin hərbi vəziyyətin tətbiqinə görə vətəndaşlardan və partiya tərəfdarlarından üzr istəyib.
Qeyd edək ki, Cənubi Koreya parlamenti, 14 dekabr tarixində Prezident Yun Sok Yola impiçment elan edib. Lakin bu impiçmentin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi tələb olunur. Han Don Hun, Yun Sok Yolun vəzifədən uzaqlaşdırılmasını dəstəkləmək qərarına görə peşman olmadığını qeyd edib.
İmpiçment səsverməsində parlamentdəki Vətəndaş Gücü fraksiyasının lideri Kwon Son Don impiçmentin əleyhinə səs verməyi təklif edib. Partiya sədri vəzifəsini hələlik Kwon Son Don icra edəcək.
Nərmin
Milli.Az