Sansar Salvo kimi tanınan reper Ekin Can Arslan İstanbulda saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları oktyabrın 4-də yayımlanan videoçarxda reper Sansar Salvonun narkotikdən istifadəni təbliğ etdiyi barədə məlumat aldıqdan sonra hadisə ilə bağlı araşdırmalara başlayıb.
İstintaq zamanı polis şübhəlinin Ataşehirdəki ünvanında əməliyyata başlayıb. Əməliyyat zamanı reperin evində axtarış aparan qruplar 2,35 qram skunk və dəqiq tərəzi ələ keçirib.
Nəzarətə alınan Arslanın keçmişdə müxtəlif cinayətlərdən 10 cinayət qeydinin olduğu müəyyən edilib. Ədliyyəyə sövq edilən Arslan 'Narkotik və ya stimullaşdırıcı maddə qaçaqmalçılığı' cinayətindən məhkəmə tərəfindən həbs edilib.
Fidan
Milli.Az