Bakıda iki qadın faciəvi şəkildə öldü

16 Dekabr 2024 10:51

Bakıda dəm qazından ölüm hadisələri baş verib.

Milli.Az xəbər verir ki, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı Qızıldaş qəsəbəsindəki evdə dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı Balaxanı qəsəbəsindəki evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

Milli.Az