Suriyada dekabrın 8-də "Bəəs" rejiminin süqutundan sonra rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb.
Milli.Az xəbər verir ki, "TRT Haber"in verdiyi məlumata görə, paytaxt Dəməşqdə yerləşən Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şərait görüntülənib.
Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin nəzarətində olan həbsxanada məhkumların divarlara şeir yazdığı, şəkillər və təqvimlər çəkdiyi diqqət çəkib.
Məlumatlara əsasən, həbsxanada qadınlar da daxil olmaqla təxminən 700 nəfər saxlanılır.
Həmçinin, birnəfərlik kameralarda 6-8, onnəfərlik kameralarda isə 80 nəfərin saxlanıldığı müəyyən edilib.
Nərmin
Milli.Az