Güclü aktyor heyəti və yayımlanarkən reytinq rekordları qıran, hekayəsi ilə yüksək qiymətləndirilən "Kurtlar Vadisi" serialında "Qamze Güneş" obrazı ilə yadda qalan Didem Taşlan üzə çıxıb.
Milli.Az xəbər verir ki, serialda "Memati"nin sevgilisi rolunu canlandıran aktrisa kamera qarşısına keçib.
2008-2009-cu illər arasında yayımlanan "Kurtlar Vadisi Pusu" serialında Gürkan Uygunun iki mövsüm canlandırdığı "Memati" obrazının sevgilisi "Qamze Günəş" obrazını canlandıran keçmiş model və aktrisa Didem Taşlan uzun müddətdən sonra ekranlara qayıdıb.
Hazırda 50 yaşı olan Taslan iştirak etdiyi tədbirdə göz oxşayıb. O, yeni görünüşü ilə görənlər çox təəccübləndirib.
50 yaşlı keçmiş modelin son görünüşü; "İllər heç toxunmayıb", "illər işlədi", "çox, çox gözəl", "heç qocalmayıb", "hər zaman eyni" kimi şərhlər səsləndirilib.
1 aprel 1974-cü ildə Mersində anadan olan Didem Taşlan ilk qatıldığı gözəllik yarışmasında "Miss Blendax 1992"də "İzmir Miss Fair" seçilərək adını ilk dəfə dilə gətirib.
1994-cü ildə ikinci "Miss Türkiyə" olub. Bundan dərhal sonra Baham adalarında keçirilən "Təqvim Qız" yarışmasında "Miss Aprel" seçilib.
Didem Taslan modellik, bununla yanaşı, serial və filmlərdə də çəkilib. İlk dəfə 1993-cü ildə yayımlanan "Bizim Mahalle" serialında rol alaraq ekranlara çıxıb.
Məşhur sima daha sonra "Mərziyə", "Mavi Rüyaler", "Yeni Həyat", "Kınalı Kar", "Kurtlar Vadisi Pusu", "Çarəsiz Evdar Qadınlar", "Bebek İşi" və "Yasak Elma" kimi bir çox uğurlu layihələrdə yer alıb.
Ekranlarda yeni layihələrin olmaması ilə bağlı Taslan daha əvvəl "Ya layihə uyğun gəlmir, ya da bizi layihəyə uyğunlaşdıra bilmirlər" demişdi.
Xəyal Abdullayev
Milli.Az