ANAMA əməkdaşı faciəvi şəkildə öldü

15 Dekabr 2024 23:52

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə onun yaxınları məlumat yayıb.

M.Qasımovun bu gün dünyasını dəyişdiyi bildirilir.

Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.

Milli.Az