Bələdiyyə sədrindən azyaşlı uşağa ağlasığmaz suallar: "Atan rüşvət alır?" – FOTO

16 Dekabr 2024 09:40

CHP-nin Keçiören Bələdiyyə Başçısı Məsut Özarslanın uşaqla söhbəti sosial mediada gündəm olub.

Milli.Az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Atamı polis edə bilərsən?" deyən uşağa Bələdiyyə sədri "Atan rüşvət alır? Oğurluq edirmi?" kimi suallar verdib. Uşaq isə rüşvət sualını cavabsız qoyub. 

Bələdiyyə sədrinin polis olmaq istəyən atasının hüzurunda balaca oğlana verdiyi suallar birmənalı qarşılanmayıb. 

Belə ki, jurnalist Uğur Dündar həmin mübahisəli söhbətə səssiz qalmayıb.

"Hey Keçiören Bələdiyyə Başçısı Məsut Özarslan! Kiçik uşağa atasının və kameraların qarşısında bunları soruşmaq olarmı - sadəcə atası iş istədi deyə?.. İnsanlıqdan nəsibiniz olmadımı?", deyə o bildirib.

Xəyal Abdullayev
Milli.Az