Tbilisidə yenidən müxalifətin etiraz aksiyası keçirilir.
Milli.Az-ın verdiyi xəbərə görə, Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayına gələn etirazçılarla görüşüb.
Mitinq iştirakçıları Salome Zurabişvilinin "Gürcüstanın yeganə legitim hakimiyyət təmsilçisi" olduğunu bəyan edib, ona "gördüyü işlərə görə təşəkkür" ediblər.
Salome Zurabişvili mətbuata açıqlama verməyib.
Xatırladaq ki, dünən Seçkilər Kollegiyası Mixail Kavelaşvilini Gürcüstanın altıncı prezidenti seçib. Salome Zurabişvili isə seçkinin nəticələrini tanımır. /APA
Milli.Az