Netanyahu və Tramp Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər

15 Dekabr 2024 17:53

İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olub, onlar Yaxın Şərq regionunda vəziyyəti müzakirə ediblər.

Milli.Az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

Onun sözlərinə görə, söhbət dekabrın 14-ü axşam saatlarında olub. "Söhbət zamanı onlar digər məsələlərlə yanaşı, oğurlananların geri qaytarılması səylərini, həmçinin Suriya və Qəzzada regional hadisələri müzakirə ediblər", o, Telegram kanalında yazıb.

Milli.Az