Əfqanıstanda mədən çökdü: 35 nəfər dağıntılar altında qaldı

15 Dekabr 2024 17:35

Əfqanıstanın şimalındakı Samanqan əyalətinin Dara Sof rayonunda kömür mədənində çökmə nəticəsində azı 35 fəhlə dağıntılar altında qalıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə dekabrın 14-də axşam saatlarında baş verib.

Hazırda dağıntılar altında qalanların taleyi naməlumdur. Hadisə yerinə tibbi qruplar və təcili yardım maşınları cəlb olunub. Xilasetmə işlərinin aparılması üçün səylər davam edir.

Milli.Az