"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola, böhran zamanı klubu tərk edə bilməyəcəyini bildirib.
Milli.Az xəbər verir ki, onun sözlərini X (keçmiş Twitter) sosial şəbəkəsindəki "City Xtra" səhifəsi dərc edib.
"Mançester Siti"dən indi ayrılsaydım, hər zamankındən daha çox peşman olardım! Bu vəziyyətdə klubdan ayrılacağımı təsəvvür etməkdən yata bilmirəm", deyə Qvardiola qeyd edib.
Dekabrın 11-də "Mançester Siti" Çempionlar Liqasının qrup mərhələsinin VI turunun matçında İtaliyanın "Yuventus" klubuna 0:2 hesabı ilə uduzub. Ümumilikdə komanda son on görüşdə yalnız bir qələbə qazanıb - İngiltərə Premyer Liqasında "Nottingem Forest" üzərində 3:0 hesabı ilə yenib./Qaynarinfo
Milli.Az