Qubadakı partlayışda xəsarət alan qadının vəziyyəti açıqlandı

15 Dekabr 2024 16:26

Dekabrın 15-də saat 09:14-də Quba rayonu Alekseyevka kəndi ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Milli.Az