Deputat: “Gürcüstan xalqı bu gün hakimiyyətdə olan hakim komandaya güclü dəstək göstərir"

15 Dekabr 2024 15:24

"Avropa İttifaqı demokratik prosesin əhəmiyyətindən danışanda 26 oktyabr seçkiləri nəticəsində yaranmış vəziyyəti qiymətləndirməli və görməlidir".

Milli.Az xəbər verir ki, bunu Gürcüstan Parlamentin Hüquq Məsələləri Komitəsinin sədrinin birinci müavini Tornike Çeişvili "Gündəlik xronika" proqramında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı 26 oktyabr seçkiləri nəticəsində yaranmış vəziyyəti dəyərləndirməli və görməlidir:

"Gürcüstan xalqı bu gün hakimiyyətdə olan hakim komandaya güclü dəstəyini ifadə edib. Bunu seçicilərin 54 faizinin dəstəyi də təsdiqləyir ki, bu da çox yüksək legitimlik göstəricisidir. Buna uyğun olaraq, istənilən dövlət, beynəlxalq tərəfdaşlar gürcü cəmiyyətinin əksəriyyətinin seçiminə hörmətlə yanaşmalıdır və buna uyğun olaraq, gürcü tərəfi hər zaman istənilən sağlam dialoqa hazırdır. Avropa İttifaqı demokratik prosesin əhəmiyyətindən danışanda 26 oktyabr seçkiləri nəticəsində yaranmış vəziyyəti dəyərləndirməli və görməlidir. Bu seçkilər yüksək səviyyədə keçirilib".

Milli.Az