"Mançester Siti"nin Poqbaya "gözü düşdü"

15 Dekabr 2024 11:15

İngiltərənin "Mançester Siti" klubu Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Pol Poqbanı transfer etmək niyyətindədir.

Milli.Az xəbər verir ki, klub 31 yaşlı futbolçu ilə əlaqə saxlayıb.

Fransalı yarımmüdafiəçiyə zədədən sağalan "Qızıl Top"un hazırkı sahibi ispaniyalı Rodrinin müvəqqəti əvəzləyicisi kimi baxılır.

Qeyd edək ki, dünya çempionu antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya olunub. İlkin cəza müddəti 2023-cü ilin sentyabrından etibarən 4 il təşkil etsə də, sonradan 18 aya qədər azaldılıb. P.Poqba gələn ilin martında meydana qayıda biləcək./report.az

Mili.Az