Ata oldu

14 Dekabr 2024 23:39

Fenerbahçə formasını geyinən 28 yaşlı milli müdafiəçi Çağlar Söyüncü ata olub.

Milli.Az xəbər verir ki, Sarı-lacivərtli komanda rəsmi internet səhifəsindən yayımladığı açıqlama ilə Çağlar və həyat yoldaşı Serra xanımı təbrik edib.

"Futbol komandamızın oyunçularından Çağlar Söyüncü ata oldu. Çağlar və dəyərli həyat yoldaşı Serra xanımı təbrik edir, övladımız Ömər Erkə xoşbəxt və sağlam bir həyat arzulayırıq."

Lalə Qüdrətova
Milli.Az