"Bu yaxınlarda Aygün Kazımova ilə oturub söhbət etdik. Dedi ki, kim kimə nə ötürürsə, ona qayıdır. Kiməsə sataşmıram, nə də tərəfin tutmuram. Aygün xanımın buna ehtiyacı yoxdur".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev "Tarixin bir günü" verilişində deyib. O, Xalq artisti Aygün Kazımova ilə aralarında keçən söhbəti tamaşaçılarla bölüşüb:
"Başqa sahədə çalışan bəzi insanlar var ki... Mən yox, mən bu ölkəyə İlhamə Quliyeva ilə gəlmişəm. Röya Ayxanın yanında prodüser kimi çalışmışam. Amma siz, məhz Aygün Kazımovaya görə tanınmısınız. Onun sayəsində bu ölkədə tanınmısınız. Sizin Aygün Kazımovaya borcunuz var. Sizin siz olmağınız Aygün Kazımovanın adı ilə bağlıdır. Çünki sizin ondan əvvəlki həyatınızı bilirəm: gecə barları, kimi bəzəmək. Siz Azərbaycanda elə adamın yanında gəzib, çantasını daşımısınız ki... Nə olsun başqa sahənin adamısınız. Amma onunla tanınmısınız. Söz atmaq lazım deyil. Aciz adamlar söz atır. Kimisə silirəmsə, onun adını çəkmirəm. Deməli, qəlbinizdə onu istəyir və fikirləşirsiniz. Amma geri dönüş yoxdur". /Axşam.az
Milli.Az