Nazir onu işdən çıxardı - FOTO

14 Dekabr 2024 14:49

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Murad Paşayev təyin olunub.

Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. /Qaynarinfo

Milli.Az