"Aparıcı müğənninin müqabilində işini qurmağa başlayıb. Aparıcı verilişinin baxımlı, rəngarəng olmasını düşünməlidir. Aparıcı onu yox, toyu fikirləşir. Teleaparıcıdan söhbət gedir. Elə səviyyəyə gəlib çatmışıq ki, müğənni onu aparıcı kimi toya aparmadığı üçün onu həmin kanalda "qara siyahı"ya saldırıb".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı İlqar Mikayıloğlu verilişində deyib. O, aparıcıların müğənnilərlə işbirliyindən danışıb.
Mikayıloğlu bildirib ki, aparıcılar onları toya çağırmayan müğənniləri efirə buraxmırlar:
"Aparıcı həyatını müğənni sayəsində qurur: mənə bunu al, onu et, səni efirə çağıracağam". /Axşam.az
Milli.Az