Ağır qəza: maşın ağaca çırpıldı – FOTO

14 Dekabr 2024 12:34

Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, şəhərin Heydər Əliyev prospektində "Toyota Prius" və "Chevrolet Lacetti" markalı avtomobillər toqquşub.

Qəza zamanı "Chevrolet" yoldan çıxaraq ağaca dəyib.

Hadisə nəticəsində xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. /Bizim.Media

Milli.Az