Yeni "iPhone 17"nin görüntüsü yayıldı - Dizaynı belə olacaq - FOTO

14 Dekabr 2024 17:20

Digital Chat Station insayderinin məlumatına görə, iPhone 17 seriyası yeni, köklü bir dizayn ilə gələcək.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, flaqman kamera modulu "enmə zolağına" bənzəyəcək və Google Pixel 9 Pro-nun görünüşünü əks etdirəcək.

Hələlik linzaların dəqiq yerləşməsi müəyyən edilməsə də, ümumi üslub bazarda yeni bir etalon olacaq. Çin brendləri artıq bu yeni dizaynı öz modellərinə uyğunlaşdırmağa başlayıblar. iPhone 17 seriyasının təqdimatı 2025-ci ilin payızına planlaşdırılır.

Milli.Az