Taylandın şimal-qərbindəki Tak əyalətində Qızıl Xaç Cəmiyyətinin xeyriyyə yarmarkasında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə "Thairath" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə cümə günü yerli vaxtla saat 23:30-da baş verib.
Polis partlayıcı qurğunu işə salmaqda şübhəli bilinən 16 və 17 yaşlı iki yeniyetməni saxlayıb. /APA
Milli.Az