Türkiyə millisinin sabiq üzvü və baş məşqçi Burak Yılmaz "L1 Üçgen" adlı yutub kanalına qonaq olub.
Milli.Az xəbər verir ki, o, futbolçu karyerası ilə bağlı açıqlamalar verib.
Yılmaz 2018-2019-cu il mövsümündə "Beşiktaş"da forma geyinərkən "Qalatasaray"la keçirilən derbi matçında Fatih Terimin ona gülməsindən incidiyini deyib:
Burak Yılmaz: "Bu fotoşəkilə görə Fatih Terimə incimişəm. Birlikdə yol getdiyim insanlara heç vaxt elə bir hərəkət etmərəm. Mən olsaydım, elə gülməzdim." deyə etiraf edib.
Milli.Az