Fatih Sultan Mehmet Körpüsünün 1987-ci ilə aid olduğu deyilən görüntüsü yayılıb.
Milli.Az xəbər verir ki, Fatih Sultan Mehmet Körpüsü və ya xalq arasında bilinen adıyla İkinci Körpünün görüntüsü sosial media hesablarında yayımlanıb.
Milli.Az sözü gedən fotonu təqdim edir:
Qeyd edək ki, İstanbulda Kavacık ilə Hisarüstü arasında, Asiya ilə Avropanı Boğaziçi Körpüsündən sonra ikinci dəfə birləşdirən asma körpüdür. Ankra blokları arasındakı uzunluğu 1.510 m, orta aralığı 1.090 m, genişliyi 39 m, dənizdən hündürlüyü isə 64 m-dir.
Körpünün təməli 29 may 1985-ci ildə atılıb və tikintisinə 4 dekabr 1985-ci ildə başlanılıb. Hələ də dünyanın ən böyük polad asma körpüləri arasında 14-cü sırada yer alan bu böyük layihə, 3 iyul 1988-ci ildə dönəmin baş naziri Turgut Özal tərəfindən istifadəyə verilib.
Xəyal Abdullayev
Milli.Az