Sumqayıtda fəhlə iş zamanı ölüb.
Milli.Az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
1977-ci il təvəllüdlü Sərxan Rəşad oğlu İsmayılovun tikintidə iş zamanı ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az