Metro stansiyalarına zibil atanların cəriməsi ARTDI

13 Dekabr 2024 16:36

Metro stansiyalarının vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə cərimələr 15 manatdan 200 manata qaldırılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Bundan əlavə, dəmir yoluna hər hansı əşya atmağa görə cərimə 30 manatdan 200 manata qədər artırılır.

Milli.Az