Bakıda şirkət əməkdaşı mənimsəməyə görə saxlanılıb.
Milli.Az xəbər verir ki, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə rayon polis idarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.
Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15 700 manat pulun mənimsənilməsi müəyyən edilib. Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkəti ekspeditoru, 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./lent.az
Milli.Az