Türkiyənin tanınmış jurnalisti və Sözcü TV Ana Xəbər aparıcısı Fatih Portakalın aldığı maaş mediada böyük müzakirələrə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, Portakalın aylıq maaşı 14 milyon liraya yaxındır və bu, kanalda ciddi narazılıqlara yol açıb.
Son zamanlarda Sözcü TV-dən Ebru Baki və Baş Redaktor Alişer Delek kimi yüksək səviyyəli adların istefa verməsi bu məsələnin daha çox diqqət çəkməsinə səbəb olub. İddiaya görə, bu istefaların əsas səbəbi Fatih Portakalın yüksək maaşıdır.
Jurnalist Fatih Altaylının verdiyi məlumata görə, kanal daxilindəki narazılıqların kökündə Portakalın aldığı maaş dayanır. Altaylı açıqlamasında bunları qeyd edib:
"Sözcü TV-də nələrsə baş verir, amma tam olaraq nə olduğunu bilmirik. Deyilənə görə, problemlərin mənbəyi Fatih Portakalın maaşıdır. Bu, kanalda ciddi narazılıqlara və istefalara səbəb olub."
Fidan
Milli.Az