Yumurta BAHALAŞDI: Yeni QİYMƏT - FOTO

13 Dekabr 2024 09:55

Bəzi iri ticarət şəbəkələrində yumurtanın qiyməti artım müşahidə edilib. 

Milli.Az xəbər verir ki, əvvəllər 12-13 qəpiyə satılan yumurta bir neçə gündür ki, daha baha 17-18 qəpiyə təklif olunur.

Bəs bu bahalaşmanın səbəbi nədir?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Milli.Az-a bildirib ki, yumurtanın qiymətində artım yox, ucuzlaşma var.

"Əvvəllər 16-18 qəpik olan yumurta hazırda 13-14 qəpiyə təklif olunur. Kifayət qədər ehtiyat yumurta olduğundan bolluq səbəbindən Novruz bayramına qədər məhsulda qiymət artımı gözlənilmir". 

Aysel Əkbər 
Milli.Az